Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.
Bu barədə vəkil Rəşad Vaqifoğlu sosial şəbəkə hesabında məlumat paylaşıb.
56 yaşlı jurnalistin uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Jurnalist xəstəliyi ilə əlaqədar azadlığa buraxılmışdı
Qeyd edək ki, Əvəz Zeynallı 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra səhhətində yaranan problemlərlə əlaqədar vaxtından əvvəl azadlığa buraxılan jurnalist bir müddət Türkiyədə müalicə olunub.
Əvəz Zeynallının vəfatı ilə bağlı xəbəri yaxınları və həmkarları kədərlə qarşılayıblar.
Allah rəhmət eləsin!

