Tbilisidə dünya çempionatı başlayır: Azərbaycanı 7 idmançı təmsil edəcək

Tbilisidə dünya çempionatı başlayır: Azərbaycanı 7 idmançı təmsil edəcək

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Qarışıq Döyüş Sənətləri Federasiyasının (IMMAF) dünya çempionatına start veriləcək.

Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, noyabrın 1-dən 7-dək davam edəcək yarışda 60-dan çox ölkədən 820-dən artıq idmançının iştirakı gözlənilir.

İştirakçılar qadınlar və kişilər arasında müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar.

Çempionatın ilk günündə komandaların qeydiyyatı, qaydalar üzrə brifinq və püşkatma mərasimi keçiriləcək. Döyüşlər noyabrın 2-də başlayacaq.

Noyabrın 3-də 1/16 final, 4-də 1/4 final, 5-də isə yarımfinal qarşılaşmaları baş tutacaq. Noyabrın 6-da 18-20 yaşlı idmançılar arasında, noyabrın 7-də isə böyüklər arasında final döyüşləri keçiriləcək.

Azərbaycan komandası yarışda MMA Federasiyasının prezidenti Rövşən Həsənovun rəhbərliyi altında iştirak edəcək.

Yığmanın heyətinə Ələkbər Mahmudov, Qabil Əlizadə, Saleh Cəfərov, İsmət Bədəlov, Həsən Muhamqazı, Əli Ataşov və Elmir Allahverdiyev daxildir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir