“Tesla”nın yeni avtomobili havaya qalxdı – İnanılmaz görüntülər

“Tesla”nın yeni avtomobili havaya qalxdı – İnanılmaz görüntülər

İlon Maskın rəhbərlik etdiyi “Tesla” şirkəti elektrikli idman avtomobili “Roadster”i təqdim edib. Nümayiş zamanı avtomobil maneənin üzərindən havaya qalxaraq keçib.

Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, təqdimatın görüntüləri “X” sosial şəbəkəsində paylaşılıb.

Reaktiv mühərrik sistemi ilə təchiz edilib

Avtomobil Texas ştatında yerləşən “SpaceX” sınaq poliqonunda nümayiş etdirilib. “Roadster” sıxılmış qaz püskürən reaktiv mühərrik sistemi ilə təchiz olunub. Bu sistem avtomobil havada olarkən onun istiqamətini idarə etməyə imkan verir.

Təqdimat zamanı izləyicilərə avtomobilin sınaq görüntüləri göstərilib. Kadrlarda “Roadster”in yerdən qalxaraq havada hərəkət etdiyi və öz oxu ətrafında fırlandığı əks olunub.

100 km/saat sürətə 0,81 saniyəyə çatır?

Nümayiş zamanı avtomobilin sıfırdan 100 km/saat sürətə cəmi 0,81 saniyəyə çatmaq qabiliyyəti də nümayiş etdirilib.

“Tesla”nın yeni idman avtomobilinin kütləvi istehsalına 2028-ci ildə başlanması planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir