Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi azyaşlının ağır xəsarət alması ilə nəticələnib.
Xeberyerinde xəbər verir ki, qəza rayonun Azaflı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Toqquşmanın təsirindən idarəetmədən çıxan avtomobil yol kənarında dayanan kənd sakini, 2018-ci il təvəllüdlü N.Orucovu vurub.
Azyaşlı ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Qəza zamanı minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü S.Məmmədov da müxtəlif bədən xəsarətləri alıb. O da xəstəxanaya yerləşdirilib və vəziyyətinin orta-ağır olduğu qeyd edilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.





