Tovuzda sel dəhşəti: İki nəfər çayın ortasında köməksiz qaldı-FOTO

Tovuzda sel dəhşəti: İki nəfər çayın ortasında köməksiz qaldı-FOTO

Tovuz rayonunda yağan güclü yağışdan sonra Zəyəm çayında sel yaranıb.

Xeber Yerinde Apa-ya istinadən xəbər verir ki, hadisə çayın Şamlıq kəndi ərazisindən keçən hissəsində baş verib.

Güclü sel nəticəsində çayın ortasında olan iki nəfər sahilə çıxa bilməyərək köməksiz vəziyyətdə qalıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Xilasedicilər 1971-ci il təvəllüdlü Y. Hümbətovu və 1984-cü il təvəllüdlü S. İbrahimovu çaydan təhlükəsiz şəkildə çıxarıblar.

Xilas edilən şəxslər aidiyyəti üzrə təhvil verilib. Hadisə yerində müvafiq qurumların əməkdaşları da fəaliyyət göstərib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir