Tramp Qrenlandiya ilə bağlı razılaşmanı açıqladı: ABŞ hərbi mövcudluğunu artıracaq

Tramp Qrenlandiya ilə bağlı razılaşmanı açıqladı: ABŞ hərbi mövcudluğunu artıracaq

Xəbər Yerində xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ, Danimarka və ada arasında razılaşma əldə edildiyini açıqlayıb.

Tramp “Truth Social” hesabında bildirib ki, razılaşma çərçivəsində ABŞ Qrenlandiyada geniş hərbi iştirakını təmin edəcək.

Sənədə əsasən, Vaşinqtonun razılığı olmadan digər dövlətlərin Qrenlandiyada hərbi baza qurmasına və strateji əhəmiyyət daşıyan investisiyalar həyata keçirməsinə icazə verilməyəcək.

ABŞ Prezidenti razılaşmanın konkret müddətlə məhdudlaşmadığını qeyd edib. Onun sözlərinə görə, bu razılaşma Vaşinqtona həm Qrenlandiyanın, həm də ABŞ-nin təhlükəsizliyinin qorunması üçün adada zəruri tədbirlər görmək imkanı verəcək.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir