Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada yeni prezident seçkilərinin keçirilməsinin vaxtının çatdığını bildirib.
Tramp Ukraynaya Rusiya ilə razılaşma əldə edə biləcək yeni liderin lazım olduğunu deyib.
“Düşünürəm ki, Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb. Mən razılaşma əldə edə biləcək yeni liderin gəlməsini təklif edirəm”, – deyə ABŞ Prezidenti bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə razılaşma əldə etmək üçün çoxlu imkanları olub, lakin o, bundan istifadə etməyib.
“Düşünürəm ki, Ukraynanın yeni prezidentə ehtiyacı var”, – Tramp vurğulayıb.
Tramp Ukraynanın Rusiyaya zərbələrini də tənqid edib
ABŞ Prezidenti, həmçinin Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələrə münasibət bildirib.
Tramp qeyd edib ki, ABŞ tərəfi Zelenskiyə Rusiyaya qarşı müxtəlif zərbələr endirməsinə etiraz etmədiyini, lakin neft emalı zavodlarının hədəfə alınmaması barədə xəbərdarlıq etdiyini deyib.
“Biz Zelenskiyə dedik ki, Rusiyaya qarşı istədiyini edə bilərsən, amma neft emalı zavodlarını vurma, çünki bu, bütün dünya üçün problemdir. Bəs o nə edir? Gedib dizel yanacağına zərbə endirir. O, buna mütləq son qoymalıdır”, – deyə Tramp bildirib.

