Türkiyədə “Airbus A340” təyyarəsində yanğın baş verdi-VİDEO

Türkiyədə “Airbus A340” təyyarəsində yanğın baş verdi-VİDEO

Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda Aviasiya Elmləri Mərkəzi kimi fəaliyyət göstərən “Airbus A340” sərnişin təyyarəsində yanğın baş verib.

Hadisə zamanı alov təyyarənin gövdəsini bürüyüb. Əraziyə polis və yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, qanadlarının uzunluğu 60, gövdəsinin uzunluğu isə 64 metr olan təyyarə 2018-ci ildə 14 yük maşını ilə hissələrə bölünərək əraziyə gətirilib. Daha sonra burada yenidən yığılan “Airbus A340” Aviasiya Elmləri Mərkəzi kimi istifadəyə verilib.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir