Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyədə Azərbaycan-Türkiyə münasibətləri və rəsmi Bakının siyasəti ilə bağlı növbəti küçə sorğusu keçirilib.
Sorğuda iştirak edən Türkiyə vətəndaşları Azərbaycanın yürütdüyü siyasəti və qəbul etdiyi qərarları dəstəklədiklərini bildiriblər.
İştirakçılardan biri Türkiyənin Azərbaycanın daxili işlərinə müdaxilə etmək hüququnun olmadığını vurğulayıb.
“Onlar sizin daxili işlərinizə qarışırlarmı? Xeyr, müdaxilə etmirlər”, – deyə o bildirib.
Digər sorğu iştirakçısı isə Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərlərə malik olduğunu qeyd edib. O, dini məsələlərə görə yaranacaq mübahisələrin Türkiyənin özünə daha böyük zərər vura biləcəyini söyləyib.
Sorğuda fikirlərini bölüşən digər sakinlər isə Azərbaycan iqtisadiyyatının hazırda Türkiyə ilə müqayisədə daha yaxşı vəziyyətdə olduğunu diqqətə çatdırıblar.

