Türkiyənin Qaziantep şəhərində millət vəkilinə qarşı bıçaqlı hücum baş verib.
Xəbər Yerində “TRT Haber”ə istinadən xəbər verir ki, “Yeni Parti”nin Qaziantepdən olan deputatı Melih Meriç hücuma məruz qalıb.
Məlumata görə, hadisəni CHP-nin Oğuzeli rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleş törədib.
Bıçaqlanan deputat Qaziantep Şəhər Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu və həyati təhlükəsinin davam etdiyi bildirilir.
Hadisə ətrafdakı təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə Melih Meriçlə Seydi Ahmet Keleş arasında əvvəlcə mübahisə, daha sonra isə əlbəyaxa dava baş verdiyi görünür.
Bildirilir ki, deputat günorta saatlarında şəxsi mühafizəçisinə icazə verdiyi üçün hücum zamanı yanında mühafizəçisi olmayıb.
Hadisədən sonra ərazidən qaçan şübhəlinin saxlanılması üçün polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

