Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Türkiyə mediasında və sosial şəbəkələrində Azərbaycan əleyhinə növbəti kampaniya başlayıb.
Yeni dalğanın Azərbaycan Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədlik məsələsi ilə bağlı açıqlamasından sonra başladığı bildirilir.
XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, rəsmi Bakı növbəti Baş katibin seçilməsi prosesinin BMT Nizamnaməsinə uyğun aparılmasına xüsusi önəm verir.
Bu açıqlamadan sonra Türkiyə sosial şəbəkələrinin bəzi istifadəçiləri Azərbaycanın guya Türkiyənin namizədi Feridun Sinirlioğlunu deyil, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) namizədi Lana Zəki Nusseibehin namizədliyini dəstəklədiyini iddia ediblər.
Qeyd edək ki, məsələ BMT Baş katibi postu uğrunda beynəlxalq mübarizə fonunda iki ölkə arasında ictimai müzakirələrə səbəb olub.

