Türkmənbaşıda mühüm qərarlar: İlham Əliyev sammitdə iştirak etdi

Türkmənbaşıda mühüm qərarlar: İlham Əliyev sammitdə iştirak etdi

Xəbər Yerində xəbər verir ki, oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edərək Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini davamlı şəkildə möhkəmləndirir. Onun sözlərinə görə, 2026-cı ilin ilk yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb.

Prezident Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrliyini dəstəklədiklərinə görə dövlət başçılarına təşəkkür edib. O, Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Bir sıra sənədlər imzalandı

İclasın ardından MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

Sammitin gündəliyində 2027-ci ildə MDB-də sədrliyə, növbəti Dövlət Başçıları Şurasının Özbəkistanda keçirilməsinə, MDB-nin yaradılmasının 35 illiyi ilə bağlı dövlət başçılarının bəyanatına dair məsələlər yer alıb.

Həmçinin MDB çərçivəsində 2028-ci ilin “Sosial inkişaf və həyat keyfiyyəti ili”, 2029-cu ilin isə “Nəqliyyat bağlılığı ili” elan edilməsi ilə bağlı qərarların qəbul edilməsi nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir