Universitetlərdə 1393 plan yeri boş qaldı – qəbulun nəticələri açıqlanıb

Universitetlərdə 1393 plan yeri boş qaldı – qəbulun nəticələri açıqlanıb

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul prosesi başa çatıb.

Yekun nəticələrə əsasən, universitetlər üzrə plan yerlərinin 97,71 faizi dolub. Ümumilikdə 1393 plan yeri boş qalıb.

İxtisas qrupları üzrə dolma göstəriciləri belə olub:

  • I qrup: 97,34 faiz – 528 boş yer
  • II qrup: 98,87 faiz – 180 boş yer
  • III qrup: 99,87 faiz – 20 boş yer
  • IV qrup: 92,38 faiz – 383 boş yer
  • V qrup: 93,84 faiz – 282 boş yer

Ən yüksək dolma göstəricisi III ixtisas qrupunda qeydə alınıb. Burada boş qalan yerlərin əksəriyyətinə qəbul üçün 600-dən yüksək bal tələb olunur.

Ümumilikdə qəbul aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri tam dolub. Daha 8 universitetdə dolma göstəricisi 98-99 faiz arasında olub. 34 ali təhsil müəssisəsində isə plan yerlərinin 95 faizdən çoxu tutulub.

DİM rəhbəri Məleykə Abbaszadə bildirib ki, əlavə yerləşdirmə zamanı boş plan yerinin mövcudluğu onun mütləq dolacağı anlamına gəlmir. Abituriyentin müsabiqə şərtlərinə cavab verməsi və həmin ixtisası seçmək hüququnun olması da vacibdir.

Qəbul olunanlar üçün son tarix açıqlanıb

Ali məktəblərə qəbul olunanların elektron qeydiyyatı 8 sentyabr saat 18:00-dək davam edəcək. Qəbul olunanlar bu müddət ərzində my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən edilmiş vaxtadək qeydiyyatdan keçməyən şəxslərin yerləşdirildikləri ixtisasdan imtina etdiyi hesab olunacaq.

Boş qalan plan yerlərinə qəbul olunan abituriyentlər isə 8-15 sentyabr tarixlərində elektron qeydiyyatdan keçməlidirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir