Xəbər Yerində xəbər verir ki, şagirdlər bir ay ərzində üzrlü səbəb olmadan 7 gündən çox dərsdən qala bilməz.
Bu barədə İctimai TV-nin reportajında məlumat verilib.
Qanunvericiliyə əsasən, üzrlü səbəb olmadan dərslərdən yayınma halında icbari ümumi təhsil üzrə şagirdin valideynləri və ya onları əvəz edən şəxslər 100 manat məbləğində cərimə oluna bilər.
Müvafiq tələb şagirdlərin icbari ümumi təhsildən yayınmasının qarşısının alınmasına yönəlib.

