Uşağın doğulmasına görə verilən müavinət 1500 manat olacaq

Uşağın doğulmasına görə verilən müavinət 1500 manat olacaq

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanda uşağın anadan olmasına görə ödənilən birdəfəlik müavinətin məbləğinin artırılması təklif olunur.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2027-ci ildə uşağın doğulmasına görə ödənilən birdəfəlik müavinətin 1500 manat olması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda bu müavinətin məbləği 600 manatdır. Təklif qəbul olunarsa, ödəniş 900 manat və ya 2,5 dəfə artacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir