Vətəndaşı təhqir etdiyi deyilən idarə rəisi işdən çıxarıldı – Video

Vətəndaşı təhqir etdiyi deyilən idarə rəisi işdən çıxarıldı – Video

Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov vəzifəsindən azad edilib.

Xəbər Yerində xəbər verir ki, bu barədə AZXEBER.COM məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Alim Abbasov tutduğu vəzifədən azad olunub.

Digər əmrlə Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə Müşfiq Mehdixanov təyin edilib. O, bu təyinatadək Şəmkir Maşın-Kanal və Nasos Stansiyalarının İstismarı İdarəsinin baş mühəndisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə Alim Abbasovun bir vətəndaşı təhqir etməsi ilə bağlı görüntülər yayılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir