Fransada baş verən iğtişaşlar və zorakılıq halları ilə əlaqədar Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Fransada son günlər iğtişaşların, zorakılıq və vətəndaş itaətsizliyi hallarının geniş vüsət alması nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə bu ölkəyə səfərdən çəkinmələri tövsiyə olunur. Fransaya səfər edən şəxslərdən isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri xahiş edilir.
Hazırda Fransada olan Azərbaycan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etmək, kütləvi toplaşma yerlərindən uzaq durmaq və rəsmi məlumat mənbələrini mütəmadi izləmək tövsiyə olunub.
Azərbaycan vətəndaşları bu nömrələrlə əlaqə saxlaya bilərlər
XİN fövqəladə vəziyyətlə üzləşən vətəndaşların Azərbaycanın Fransadakı səfirliyi ilə əlaqə saxlamalarını xahiş edib.
Səfirliyin əlaqə məlumatları aşağıdakılardır:
Ünvan: 78, avenue d’Iéna, Paris, 75116
E-poçt ünvanları:
Əlaqə nömrələri:
- +33 (0) 1 44 18 60 20
- +33 (0) 1 44 18 60 23
Qaynar xətt (WhatsApp): +33 (6) 74740398

