Yağış yağanda gölməçəyə çevrilən yol – Quba sakinləri narazıdır

Yağış yağanda gölməçəyə çevrilən yol – Quba sakinləri narazıdır

Quba rayonunun Dəvədabanı massivində yolun vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Sakinlərdən biri tərəfindən Xəbər Yerində-yə göndərilən görüntülərdə yağış yağan zaman yolun böyük gölməçəyə çevrildiyi və ərazidə hərəkətin çətinləşdiyi görünür.

Sakin bildirir ki, yolun vəziyyəti xüsusilə yağıntılı havalarda ciddi problem yaradır. Onun sözlərinə görə, qarşıdan payız mövsümü gəlir və yağışların artması vəziyyəti daha da çətinləşdirə bilər.

Sakin aidiyyəti qurumlara müraciət edərək ərazidə yolun vəziyyətinə baxılmasını və problemin aradan qaldırılması üçün tədbirlər görülməsini xahiş edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir