Yaponiyada görünməmiş yağış fəlakəti: 8 nəfər öldü, 7 min insan hava limanında qaldı

Yaponiyada görünməmiş yağış fəlakəti: 8 nəfər öldü, 7 min insan hava limanında qaldı

Yaponiyanın Çiba prefekturasında rekord səviyyədə yağan güclü yağış genişmiqyaslı daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində azı 8 nəfər ölüb, minlərlə insan isə yollarda və hava limanında çıxılmaz vəziyyətdə qalıb.

Xəbər Yerində Reuters-ə istinadən xəbər verir ki, Tokioya bitişik Çiba bölgəsində 24 saat ərzində 360 millimetrdən çox yağıntı düşüb. Bu göstərici ərazidə əvvəlki rekorddan yüksək olub.

Güclü yağış yolları və dəmir yolu xətlərini su altında qoyub, nəqliyyatın hərəkətini iflic edib. Daşqınlar nəticəsində 20 mindən çox ev elektrik enerjisiz qalıb, minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Fəlakətdən ən çox zərər çəkən məkanlardan biri Tokionun Narita hava limanı olub. Nəqliyyat əlaqələrinin kəsilməsi səbəbindən təxminən 7 min sərnişin gecəni hava limanında keçirməli olub. Hava limanı əməkdaşları sərnişinlərə yataq kisələri, su və qida paylayıblar.

Çiba qubernatoru Toşihito Kumagai baş verənləri “son dərəcə qeyri-adi vəziyyət” adlandırıb. Onun sözlərinə görə, uzun illər ərzində çoxsaylı fəlakətlər görsə də, belə hadisə ilə qarşılaşmayıb.

Yaponiya Meteorologiya Agentliyi bölgədə yağış və torpaq sürüşməsi ilə bağlı ən yüksək səviyyəli xəbərdarlıq elan edib. Hakimiyyət orqanları yağışların davam edə biləcəyi barədə xəbərdarlıq edərək sakinləri ehtiyatlı olmağa çağırıb.

Reuters-in məlumatına görə, bəzi qatar xətləri və əsas avtomobil yolları hələ də bağlı qalsa da, nəqliyyatın tədricən bərpa olunmasına başlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir