Yaponiyada yüksək temperaturdan əziyyət çəkənlər üçün maraqlı həll hazırlanıb. “Dohiemon Box” adlanan xüsusi kabinə bədənə minimum 5°C temperaturda hava üfürərək insanın qısa müddətdə sərinləməsinə kömək edir.
Qurğunun qiyməti 1,5 milyon yen, yəni təxminən 17 min manat təşkil edir.
Məlumata görə, bu günədək sözügedən kabinədən 328 ədəd satılıb.

