Bakının Yasamal rayonunda bir sıra ünvanlarda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, məhdudiyyətə səbəb elektrik şəbəkəsində aparılacaq təmir işləridir.
Məlumata görə, işlər oktyabrın 5-də rayon ərazisində yerləşən transformator məntəqələrindən birində həyata keçiriləcək. Təmirin məqsədi elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanmasıdır.
Bu səbəbdən saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani və Mirəli Seyidov küçələrində, eləcə də Yeni Yasamal-1 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılacaq.
İşlər tamamlandıqdan sonra qeyd olunan ərazilərdə elektrik enerjisinin daha keyfiyyətli və dayanıqlı şəkildə verilməsi təmin ediləcək.

