Əməkdar artist Firuzə İbadovanın qızı Hülya anasının səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, “1001 şou”ya danışan Hülya anasının iki aydır yataq xəstəsi olduğunu və hazırda vəziyyətinin stabil qaldığını bildirib.
“Hazırda vəziyyəti stabil olaraq qalır. Həkimlər müalicəni edirlər. Lakin yaş var, daxili orqanlar var və bunların hamısı şərtdir. Ümid edirəm ki, tezliklə yaxşı olacaq”, – deyə o bildirib.
“Anam səhnədən o qədər küsüb ki…”
Hülya ötən gün müğənni İzzət Bağırovun paylaşdığı videoya yazılan şərhlərdə anasının plastik əməliyyat etdirməsi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib.
“72 yaşlı qadına plastik əməliyyat niyə lazım olsun ki? Allah onsuz da onu gözəl yaradıb. Niyə artıq şeylər yazırsınız? Günah deyil? Axı vəziyyəti yaxşı deyil. Anam haqda kim artıq rəy yazsa, polisə şikayət edəcəyəm.
Daxili orqanlarında problem var. Şəkər xəstəliyi var, ona görə yarası sağalmır. Anam çox ağrıyır, ona artıq əsəb yaşatmaq istəmirəm. Gələnlər də sağ olsun, gəlməyənlər də. Lakin o sözləri yazanlara da deyirəm ki, başınıza gəlsin.
Anam ayağa qalxacaq, amma səhnəyə qayıtmayacaq. Çünki o qədər küsüb ki, bu səhnədən. Yetəri qədər öz sənətini göstərib”, – deyə Hülya qeyd edib.

