Yəmən ordusu Husilərə 15-dən çox hava zərbəsi endirdi

Yəmən ordusu Husilərə 15-dən çox hava zərbəsi endirdi

Yəmənin cənub-qərbində hökumət qüvvələri ilə Husilər arasında gərginlik yenidən artıb.

Xəbər Yerində xəbər verir ki, Yəmən ordusunun döyüş təyyarələri Taiz və Hudeyda vilayətlərində Husilərin mövqelərinə 15-dən çox hava zərbəsi endirib.

Ordunun Mətbuat Mərkəzinin yaydığı məlumata görə, aviazərbələrin əsas hədəfləri Husi mövqeləri, hərbi texnikanın toplandığı ərazilər və döyüş maşınları olub.

Bildirilib ki, əməliyyat quru qoşunlarının fəaliyyətinə dəstək məqsədilə həyata keçirilib. Taiz vilayətinin qərbində yerləşən Hays cəbhəsindəki Husi mövqelərinin də zərbələrə məruz qaldığı qeyd olunub.

Bu, Yəmən ordusunun iyul ayından etibarən Husi mövqelərinə qarşı həyata keçirdiyi ilk hava əməliyyatı kimi təqdim edilir.

Son iki gündə Taiz və Hudeyda vilayətlərində hökumət qüvvələri ilə Husilər arasında şiddətli döyüşlərin getdiyi bildirilir.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir