Zəngəzurda erməni hərbçi dünyasını dəyişdi

Zəngəzurda erməni hərbçi dünyasını dəyişdi

Xəbər Yerində Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu vəfat edib.

Məlumata görə, hadisə Ermənistanın Sünik (Zəngəzur) vilayətində yerləşən hərbi hissələrdən birində baş verib.

İlkin məlumatlara əsasən, hərbçinin ölümünə ürək tutması səbəb olub. Bildirilir ki, onun əvvəllər səhhəti ilə bağlı problemləri olub.

Ermənistan Müdafiə Nazirliyindən açıqlama

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hadisə xidmətlə əlaqəsi olmayan səbəbdən baş verib.

Nazirlik bu cür hallarla bağlı məlumatları uzun müddətdir qüvvədə olan qaydaya əsasən ictimaiyyətə açıqlamır.

Həmçinin qeyd olunub ki, hadisənin Sisian şəhərində yerləşən hərbi hissə ilə heç bir əlaqəsi yoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir