Xəbər Yerində-nin APA-ya istinadən verdiyi məlumata əsasən xəbər verir ki, Zaqatalada gübrə satışı ilə məşğul olan iş adamı Əmrah Ramazan Valeh oğlu təxminən 925 min manatlıq dələduzluqda ittiham olunur.
İttihama görə, sahibkar aldığı məhsulların pulunu ödəməyib və nəticədə zərərçəkmişlərə ümumilikdə 924 min 901 manat ziyan dəyib.
Əmrah Ramazana qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) ilə ittiham irəli sürülüb.
Zərərçəkmişlərin şikayətindən sonra o, həbs edilib. İstintaq dövründə dəymiş ziyanın 144 min manatı ödənilib.
İş üzrə üç nəfər və “Sara Qrup” QSC zərərçəkmiş qismində tanınıb.
Məlumata görə, təqsirləndirilən şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.

