Xəbər verdiyimiz kimi, xalq artisti Zaur Rzayev səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Neftçilər Xəstəxana yerləşdirilib.
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.
TƏBİB-dən bildirilib ki, 1952-ci il təvəllüdlü sənətçi sentyabrın 5-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Müayinələr nəticəsində ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub.
Pasiyentə xəstəxanada zəruri tibbi və reanimasiya yardımı göstərilib. Görülən tədbirlərdən sonra vəziyyətində stabilləşmə müşahidə olunub.
Hazırda Zaur Rzayevin müalicəsi Terapiya şöbəsində davam etdirilir.

