Gəncədə bacı-qardaşın bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Hadisə şəhər ərazisində, Gəncə qapısının yaxınlığında qeydə alınıb. Məlumata görə, 35 yaşlı İ.Əliyev əvvəlcə 1993-cü il təvəllüdlü E.Əsgərovu, daha sonra isə onun 1987-ci il təvəllüdlü bacısı S.Abbasovanı bıçaqlayıb.
Hər iki yaralı səhər saatlarında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
E.Əsgərov qarın nahiyəsindən aldığı kəsici-deşici xəsarətlə əlaqədar əməliyyat olunub. Onun vəziyyəti ağır qiymətləndirilir. S.Abbasovaya da zəruri tibbi yardım göstərilib.
Hazırda hər iki şəxsin müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı İ.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa

