102 tələbəyə Prezident təqaüdü veriləcək – BANM yenə lider oldu

102 tələbəyə Prezident təqaüdü veriləcək – BANM yenə lider oldu

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

“Xəbər Yerində” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezident təqaüdünə layiq görülən tələbələrin üçdə birindən çoxu SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır. Belə ki, 102 təqaüdçüdən 35-i BANM tələbəsidir.

Bununla da Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə 7-ci dəfə ölkə üzrə lider mövqeyini qoruyub.

BANM-də Prezident təqaüdünə layiq görülən tələbələrin ixtisas bölgüsü də açıqlanıb. Onlardan:

  • 13 nəfər Maliyyə;
  • 10 nəfər İnformasiya təhlükəsizliyi;
  • 8 nəfər Kimya mühəndisliyi;
  • 3 nəfər Kompüter elmləri;
  • 1 nəfər isə Data analitikası ixtisası üzrə təhsil alır.

Beləliklə, 2026–2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən 102 tələbənin 35-nin BANM-i təmsil etməsi ali məktəbin yüksək nəticələrini bir daha göstərib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir