11 azərbaycanlının olduğu gəmi dron hücumuna məruz qaldı-VIDEO

11 azərbaycanlının olduğu gəmi dron hücumuna məruz qaldı-VIDEO

Odessa sahilləri yaxınlığında dron hücumuna məruz qalan və göyərtəsində 11 Azərbaycan vətəndaşının olduğu gəmidən görüntülər yayılıb.

Qeyd edək ki, hadisə Ukraynanın Odessa sahilləri yaxınlığında baş verib. Yerli vaxtla saat 15:15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumunun hədəfi olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, gəminin ekipaj üzvlərindən 11 nəfəri Azərbaycan vətəndaşıdır.

Bildirilib ki, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, digər ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların səhhətinin qənaətbəxş olduğu qeyd olunub.

Hazırda gəmi kapitanının tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla əlaqə saxlayır və Azərbaycan vətəndaşlarına lazımi konsulluq dəstəyinin göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirir.

Mənbə: Manset.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir