Uşaqları ilə birlikdə sığınacağa yerləşdirilən və uzun müddət həyat yoldaşından zorakılıq gördüyünü bildirən qadının əri saxlanılıb
Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, qadın 14 il ərzində həm fiziki, həm də psixoloji təzyiqlə üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, həyat yoldaşının aqressiv davranışları müxtəlif məişət səbəblərindən, hətta uşaqlarla bağlı kiçik məsələlərdən sonra da baş verib.
Məlumata əsasən, qadın yaşadığı çətin vəziyyətdən sonra övladlarını götürərək sığınacağa müraciət edib. O, yaxınlarının dəstəyinə baxmayaraq, həyat yoldaşının ailə üzvlərinə qarşı da təhdid və aqressiya göstərdiyini bildirib.
Hazırda qadının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertizaya göndəriləcəyi gözlənilir. Daha sonra onun və uşaqlarının təhlükəsizliyinin təmin olunması, hüquqi və psixoloji yardım alması istiqamətində tədbirlər görüləcək.

