15 yaşlı azərbaycanlı gənc atasının ölümündə şübhəli bilinirdi, Rusiyada da qətlə görə saxlanıldı-VİDEO

15 yaşlı azərbaycanlı gənc atasının ölümündə şübhəli bilinirdi, Rusiyada da qətlə görə saxlanıldı-VİDEO

Xəbər Yerində xəbər verir ki, Rusiyanın Xantı-Mansiysk şəhərində 15 yaşlı azərbaycanlı D.N. qətldə şübhəli bilinərək saxlanılıb.

Rusiya vətəndaşı Mariya Useltseva sosial şəbəkədə yaydığı videoda iddia edib ki, D.N. onun oğlu, 15 yaşlı Aleksandr Usoltsevin ölümündə şübhəli bilinir. Onun sözlərinə görə, yeniyetmələr əvvəllər sinif yoldaşı olublar.

Useltsevanın bildirdiyinə görə, Aleksandr avqustun 28-də tərk edilmiş tikilidə bıçaq xəsarətləri ilə ölü vəziyyətdə aşkarlanıb. Hadisədən sonra D.N. barəsində həbs qətimkan tədbiri seçilib.

Qadın iddia edib ki, D.N. daha əvvəl Azərbaycanda — Şəmkir rayonunun Zəyəm qəsəbəsində atasının öldürülməsində də şübhəli bilinib. Onun sözlərinə görə, yeniyetmə həmin hadisədən sonra 23 yaşlı qardaşı ilə birlikdə Azərbaycandan Rusiyaya gedib.

M.Useltseva Rusiyanın qəyyumluq və miqrasiya qurumlarının fəaliyyətindən narazılığını ifadə edib. O bildirib ki, yeniyetmənin beynəlxalq axtarışda olması ilə bağlı məlumatın aidiyyəti qurumlara daxil olduğu halda onun sənədləşdirilməsi və şəhərdə sərbəst hərəkət etməsi mümkün olub.

Mərhumun anası həmçinin oğlunun D.N. tərəfindən əvvəlcədən müəyyən edilmiş yerə çağırıldığını iddia edib. Onun sözlərinə görə, yeniyetmə görüşə başqa uşaqların da gəlməsi təklifinə razı olmayıb.

Qeyd edək ki, Şəmkirdə yanvar ayında 1970-ci il təvəllüdlü Arif Nəbiyevin öldürülməsi ilə bağlı onun 15 və 23 yaşlı oğullarının şübhəli bilindiyi bildirilmişdi. İddialara əsasən, qardaşlar daha sonra ölkəni tərk ediblər.

Hazırda Rusiyada baş verən qətllə bağlı araşdırma davam edir.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir