Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sərəncam sentyabrın 15-də imzalanıb.
Qeyd edək ki, qərar Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə əsasən qəbul edilib.

