16 yaşlı gənc həmyerlisini kəsici alətlə qətlə yetirib

16 yaşlı gənc həmyerlisini kəsici alətlə qətlə yetirib

Biləsuvar rayonunun Dərvişli kəndində 44 yaşlı kişinin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Xeber Yerinde-nin əldə etdiyi məlumata görə, avqustun 13-ü 1982-ci il təvəllüdlü Şölət Rüstəmli münaqişə zəminində kəsici alətlə qətlə yetirilib.

16 yaşlı S.Ş. cinayəti törətməkdə şübhəli bilindiyi üçün polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

İlkin ehtimala əsasən, hadisə kənd sakinləri arasında yaranan münaqişə zəmnində baş verib.

Yaralı xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir