“Barselona” və İspaniya millisinin futbolçusu Lamin Yamal bu mövsüm Avropanın top liqalarında qol və məhsuldar ötürmələrin ümumi sayına görə lider olub.
Xəbər Yerində Report-a istinadən xəbər verir ki, 19 yaşlı vinger komanda yoldaşlarının vurduğu qollar da daxil olmaqla, ümumilikdə 28 qolun vurulmasında iştirak edib.
Siyahıda ikinci yeri İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn tutub. İlk üçlüyü isə onun Münhen təmsilçisindəki fransalı komanda yoldaşı Maykl Olise tamamlayıb.
Beləliklə, Lamin Yamal Avropanın aparıcı çempionatlarında bu mövsümün ən məhsuldar futbolçusu kimi ön plana çıxıb.

