Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək.
Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, sərnişin tələbatını qarşılamaq məqsədilə noyabrın 7-dən 10-dək əlavə reyslər həyata keçiriləcək.
Qeyd olunub ki, Bakı-Qazax-Bakı marşrutu üzrə isə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Əlavə reyslər çərçivəsində qatar Bakıdan Ağstafaya saat 09:20-də, əks istiqamətdə isə saat 17:15-də yola düşəcək.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək mümkündür.

