2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin qarşılanması üçün dövlət büdcəsindən dotasiya ayrılması nəzərdə tutulmur.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən məlumat yayıb.
Layihəyə əsasən, həmin şəhər və rayonların yerli xərclərinin öz gəlirləri hesabına qarşılanacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2027-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat məbləğində nəzərdə tutulub.

