“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, qanun layihəsində 2027-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olması nəzərdə tutulub.
Layihəyə əsasən, gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri aşağıdakı kimi müəyyənləşdirilib:
- Mərkəzləşdirilmiş gəlirlər: 38 milyard 518 milyon 425 min manat;
- Yerli gəlirlər: 735 milyon 575 min manat;
- Mərkəzləşdirilmiş xərclər: 41 milyard 664 milyon 425 min manat;
- Yerli xərclər: 735 milyon 575 min manat.
Beləliklə, 2027-ci il üçün dövlət büdcəsinin xərcləri gəlirlərindən 3 milyard 146 milyon manat çox nəzərdə tutulub.

