İş adamlarını aldadaraq milyonlarla manat ələ keçirməkdə təqsirləndirilən Elnur Haxtari, Kamal Həsənov və Ələkbər Quliyev barəsində hökm çıxarılıb.
Təqsirləndirilən şəxslər kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etmək adı ilə iş adamlarının milyonlarla manat pulunu ələ keçiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Elnur Haxtari 8 il 8 ay, Kamal Həsənov 11 il, Ələkbər Quliyev isə 5 il şərti azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə üç iş adamı zərərçəkmiş qismində tanınıb. İstintaq materiallarına görə, onlara dəymiş ümumi maddi ziyanın məbləği 3 milyon manat təşkil edib.
Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda və külli miqdarda dələduzluq, eləcə də vergidən və icbari sığorta ödənişlərindən yayınma maddələri ilə ittiham olunublar.
Məlumata görə, təqsirləndirilənlər istintaq dövründə zərərçəkmişlərə dəymiş ziyanın bir hissəsini ödəyiblər.
Mənbə: Unikal.az

