31 Türkiyə vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına salındı – SİYAHI

31 Türkiyə vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına salındı – SİYAHI

Azərbaycan Türkiyə Respublikasının 31 vətəndaşını “arzuolunmaz şəxslər” elan edib. Həmin şəxslərin ölkə ərazisinə girişinə qadağa qoyulub.

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, müxtəlif sosial şəbəkələrdə və internet platformalarında Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönələn açıqlamalar nəzərə alınıb.

Bundan başqa, hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş bəyanat və fəaliyyətlər də qərarın səbəbləri sırasında göstərilib.

Azərbaycan qanunvericiliyinə uyğun olaraq, aşağıdakı Türkiyə vətəndaşları arzuolunmaz şəxslər elan edilib:

  1. Ahmet Barış İyison – “İyison Medya” şirkətinin və “Gazeteciabi” layihəsinin rəhbəri;
  2. Cem Özyurt – bloqer;
  3. Akın Duru – TV8 və “Acunmedya” əməkdaşı;
  4. Dursun Eker – jurnalist, “File Prodüksiyon Hizmetleri”;
  5. Adem Özköse – jurnalist, siyasi analitik və yazıçı;
  6. Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi;
  7. Cüneyt Sezer – bloqer, sosioloq, publisist və siyasi analitik;
  8. Serhat Koyuncu – ictimai xadim;
  9. Mikail Ayyıldız – dini yazar və araşdırmaçı;
  10. Ahi Aratoğlu – araşdırmaçı yazar, şair və sosioloq;
  11. Muharrem Çavuş – Ədalət və İnkişaf Partiyasının (AK Parti) Boğaziçi Gənclər bölməsinin 2020–2025-ci illərdə sədri;
  12. Fatih Erbakan – “Yeniden Refah” Partiyasının sədri;
  13. Yahya Uğraş – Hürr Dava Partiyasının sədr müavini;
  14. Aydın Binboğa – iqtisadçı və siyasətçi;
  15. Hakkı Eren – “Köklü Değişim” jurnalının jurnalisti;
  16. Sait Seyitoğlu – Hürr Dava Partiyasının Batman üzrə maliyyə və inzibati işlər şöbəsinin rəhbəri;
  17. Mehmet Boynukalın – Marmara Universitetinin ilahiyyat professoru, Ayasofya məscidinin imam-xətibi;
  18. Okan Aytaş – jurnalist, “Finansopia Medya” şirkətinin sahibi;
  19. Mert Armağan – jurnalist;
  20. Yaşar Yavuz – “Yeni Şafak”, “Diriliş Postası” və “Referans” nəşrlərinin jurnalisti;
  21. Ahmet Sırrı Arvas – şair, jurnalist və yazıçı;
  22. Yusuf Kaplan – yazıçı və jurnalist;
  23. Erdinc Teğmen – “Erte Medya”nın sahibi;
  24. Ahmet Çakar – idman şərhçisi, keçmiş futbol hakimi;
  25. Halil Atakan Ay – ilahiyyatçı;
  26. İsmail Kılıçarslan – TV NET və “Yeni Şafak” qəzeti ilə əlaqəli şəxs;
  27. Murat Şahin – “Akıt” TV-də proqram aparıcısı;
  28. İrfan Kaya Ülger – “Akıt” TV-də proqram aparıcısı;
  29. Fatin Dağistanlı – “Akıt” TV-də proqram aparıcısı;
  30. Ömer Ulutaş – Toprak Partiyasının sədri;
  31. Ömer Faruk Gergerlioğlu – deputat.

XİN bildirib ki, Azərbaycanın suverenliyinə qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlər görüləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir