Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.
Məlumata görə, Pərviz Rəsulovun idarə etdiyi “Toyota Camry” markalı avtomobil piyada keçidindən keçən 1994-cü il təvəllüdlü Samir Əlizadəni vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

