Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, qəza Hacıqabul–Bəhrəmtəpə magistralının rayonun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Saatlı rayonunun Əliabad kənd sakini, 1985-ci il təvəllüdlü Elmar Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Amil Həsənovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.
Toqquşma nəticəsində Saatlı rayonunun Əliabad kənd sakini, 1991-ci il təvəllüdlü Fəridə Mehtiyeva hadisə yerində həyatını itirib.
Qəza zamanı 2021-ci il təvəllüdlü Mirəli Mehtizadə, 1965-ci il təvəllüdlü Səfurə Hüseynova və 1985-ci il təvəllüdlü Elmar Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad və Şirvan xəstəxanalarına yerləşdiriliblər. Elmar Məmmədovun hazırda əməliyyat olunduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



