4 yaşlı uşağı küçə pişiyi dişlədi: reanimasiyalıq oldu

4 yaşlı uşağı küçə pişiyi dişlədi: reanimasiyalıq oldu

Türkiyənin Diyarbəkir şəhərinin Sur rayonunda 4 yaşlı qız uşağı küçə pişiyi tərəfindən dişləndikdən təxminən 4 ay sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Habertürk xəbər verir ki, hadisə rayonun Böyükadı məhəlləsində baş verib. N.H. adlı uşaq küçədə olarkən pişik tərəfindən dodağından dişlənib. Uşaq ağladıqdan sonra anasına hadisə barədə məlumat verib və ailə onu xəstəxanaya aparıb. Müayinələrdən sonra azyaşlı evə buraxılıb.

Lakin bir neçə ay sonra uşağın səhhəti yenidən pisləşib. Ailənin vəziyyəti həkimlərə bildirməsindən sonra uşaq Dağqapı Uşaq Xəstəlikləri Xəstəxanasına çatdırılıb və müalicəyə başlanılıb.

Vəziyyəti ağırlaşan 4 yaşlı uşaq süni tənəffüs aparatına qoşulub. Aparılan analizlər nəticəsində onun quduzluq virusuna yoluxduğu müəyyən edilib.

Hadisədən sonra İl Kənd Təsərrüfatı və Meşəçilik İdarəsi və aidiyyəti qurumlar tərəfindən ərazidə tədbirlər görülüb. Məhəllədə peyvəndləmə işləri aparılıb, həmçinin bələdiyyə əməkdaşları sahibsiz pişik və itlərin toplanması istiqamətində işə başlayıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir