Müğənni Xuraman Şuşalı şəxsi görünüşü, çəki ilə bağlı planları və həyat yoldaşının münasibəti barədə danışıb.
Sənətçi 42 yaşında olduğunu, indiyədək heç bir estetik əməliyyat etdirmədiyini və botoksdan istifadə etmədiyini bildirib. O, hazırkı görünüşündən razı olduğunu, lakin çəkisini 65 kiloqramdan 55 kiloqrama endirmək istədiyini deyib.
Xuraman Şuşalı qeyd edib ki, bir müddət əvvəl arıqlamaq üçün klinikadan ona müraciət edilib. Lakin həyat yoldaşı Elçin bununla razılaşmayıb.
“Yoldaşım qorxur ki, dərman içərəm və səhhətimdə problem yaranar. Ona görə arıqlamağıma icazə vermədi”, – deyə müğənni bildirib.
O, estetik müdaxiləyə ehtiyac görmədiyini və özünü olduğu kimi qəbul etdiyini də vurğulayıb.
Xuraman Şuşalı həmçinin hicablı qadınların gözəllik salonlarına getməsinin tənqid olunmasına münasibət bildirib. Sənətçi baxımlı olmağın hicab taxmaqla ziddiyyət təşkil etmədiyini düşünür.
“Müğənniyəm, qadın hər zaman gözəl olmalıdır. Hicab taxmaq salona getməmək demək deyil”, – deyə o qeyd edib.
Müğənni sənət aləmində dostluq münasibətlərinə də toxunaraq, vaxtını daha çox özünə və övladlarına ayırmağı üstün tutduğunu bildirib.
Mənbə: Axşam.az

