Bakının Yasamal rayonunda mənzillərdən birindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Xeber Yerinde “Unikal”a istinadən xəbər verir ki, mənzildən ümumi dəyəri 10 min manat olan qızıl-zinət əşyaları götürülüb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 52 yaşlı N. Babayeva saxlanılıb.
Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarını satdığı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.

