600 min izləyicisi olan TikToker canlı yayımda güllələnərək öldürüldü

600 min izləyicisi olan TikToker canlı yayımda güllələnərək öldürüldü

Meksikada TikTok-da komedi videoları ilə tanınan və 600 minə yaxın izləyicisi olan sosial media fenomeni Sezar Qastelum canlı yayım zamanı silahlı hücum nəticəsində öldürülüb.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, hadisə kartel zorakılığı ilə tanınan Sinaloa ştatının Kuliakan şəhərində yerləşən restoranlardan birinin qarşısında baş verib. Qastelum iki dostu ilə birlikdə canlı yayım etdiyi vaxt motosikletlə yaxınlaşan silahlı şəxs ona yaxın məsafədən atəş açıb.

Sinaloa ştatının təhlükəsizlik rəsmiləri fenomenin ölümünü təsdiqləyərək genişmiqyaslı əməliyyata başlanıldığını açıqlayıblar.

Meksikanın Təhlükəsizlik Kabineti Qastelumun cinayətkar qruplarla əlaqələndirilən bəzi sosial media paylaşımlarının araşdırıldığını bildirib. Hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün müşahidə kameralarının görüntüləri və digər sübutlar təhlil edilir.

Meksika Prezidenti Klaudiya Şeynbaum qətlin araşdırıldığını, cinayətin icraçıları və sifarişçilərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün iş aparıldığını deyib.

Yerli KİV-in məlumatına görə, 2024-cü ilin sentyabrından bəri Sinaloa kartelinin qrupları arasında davam edən qarşıdurmalar fonunda Kuliakanda azı 12 sosial media fenomeni öldürülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir