Gələcəyin mərkəzi açıldı: Robotlar insanları belə qarşılayır-FOTO

Gələcəyin mərkəzi açıldı: Robotlar insanları belə qarşılayır-FOTO

Çinin Guangdong əyalətinin Şençjen şəhərində dünyanın ilk “robot 6S” mərkəzi fəaliyyətə başlayıb.

Mərkəz avtomobil sektorunda tətbiq olunan 4S diler modelinin robot sənayesinə uyğunlaşdırılması əsasında yaradılıb. Burada robotların satışı, icarəsi, fərdiləşdirilməsi, texniki xidməti və satışdan sonrakı dəstək də daxil olmaqla müxtəlif xidmətlər bir məkanda təqdim olunur.

Mərkəzdə humanoid robotlar ziyarətçilər üçün piano ifa edir və rəqs nümayiş etdirirlər. Eyni zamanda, qonaqlar robot itlər və müxtəlif xidmət robotları ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Yeni layihənin robot texnologiyalarının gündəlik həyata inteqrasiyasını sürətləndirməsi və bu sahədə innovasiyaların inkişafına töhfə verməsi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir