95 yaşlı Əməkdar artist reanimasiyaya yerləşdirildi – vəziyyəti ağırdır

95 yaşlı Əməkdar artist reanimasiyaya yerləşdirildi – vəziyyəti ağırdır

Uzun illər Azərbaycan radiosunda çalışan Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

95 yaşlı diktor sentyabrın 2-də gecə saat 00:30 radələrində Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, pasiyentdə baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya müəyyən edilib. Hazırda müalicəsi davam etdirilir və vəziyyəti ağır stabil qiymətləndirilir.

S.S.Məmmədzadənin qızı Gültən Ramazanovanın sözlərinə görə, anası sentyabrın 1-də evində yıxılmış vəziyyətdə tapılıb. Onun bildirdiyinə görə, ilkin ehtimala əsasən, diktor həmin vaxt işemik insult keçirib.

G.Ramazanova anasının 65 ilini Azərbaycan radiosuna həsr etdiyini bildirib və onun üçün dua edilməsini xahiş edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir