Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində səhər saat 07:00 radələrində “Toyota” markalı avtomobil aşıb.
İlkin məlumata görə, hadisəyə sürücü A.Cabbarovun sükan arxasında yuxulaması səbəb olub.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sürücülərə müraciət edərək yorğun və yuxulu halda avtomobil idarə etməməyə çağırıb.
O bildirib ki, uzaq səfərə çıxan sürücülər əvvəlcədən kifayət qədər istirahət etməli, yolda yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlayaraq dincəlməlidirlər.
R.Tağıyev qeyd edib ki, səfəri təxirə salmaq mümkün olsa da, baş verən ağır hadisələrin nəticələrini geri qaytarmaq mümkün deyil.

