İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərib

İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, dövlət başçısı məktubunda Zelenskini və onun simasında Ukrayna xalqını əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

İlham Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb. O, siyasi dialoqu, yüksək səviyyəli qarşılıqlı səfərləri, iqtisadi və humanitar əməkdaşlığı strateji tərəfdaşlığın əsas istiqamətləri kimi qeyd edib.

Prezident enerji sahəsində uzun illərdir davam edən əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirib. O, həmçinin bu ilin aprelində Volodimir Zelenskinin Azərbaycana işgüzar səfərini və keçirilən görüşü yüksək qiymətləndirib.

Məktubda ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyin dövlətlərarası əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığı qeyd olunub.

İlham Əliyev Azərbaycan və Ukrayna arasında ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib. O, Azərbaycanın Ukrayna xalqına humanitar dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Prezident sonda Azərbaycan-Ukrayna dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib, Zelenskiyə cansağlığı, Ukrayna xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir