Azərbaycana 55 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alındı

Azərbaycana 55 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alındı

Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz keçirilməsinə cəhdin qarşısı alınıb.

Xəbər Yerində xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisələr DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Avqustun 21-də 26 kiloqram 5 qram narkotik vasitə və 1000 ədəd Metadon M-40 həbinin ölkəyə keçirilməsinə cəhd göstərən bir Azərbaycan vətəndaşı saxlanılıb.

Növbəti gün isə 29 kiloqram 100 qram narkotik vasitəni Azərbaycana keçirməyə çalışan daha üç Azərbaycan vətəndaşı tutulub.

Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir